“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində müasir suvarma sistemlərinin tətbiqi genişləndiriləcək, ixtisaslaşmış rayonlarda buğda və pambıq üzrə məhsuldarlıq artırılacaq, intensiv meyvə bağları və istixana komplekslərinin sayı çoxaldılacaq.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na dair Qazax-Tovuz iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə çıxışı zamanı bildirib.
“Həmçinin soyuducu anbarların və taxıl silolarının tutumu genişləndiriləcək, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, süd və ət istehsalının artırılması, eləcə də akvakultura istehsalının inkişafı istiqamətində tədbirlər həyata keçiriləcək. Müəyyən edilən hədəflər kənd təsərrüfatında yüksək səmərəliliyə, əlavə dəyərin yaradılmasına və ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.
Azərbaycan ilə Misir arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri dəyərləndirilib
Qazax-Tovuz iqtisadi rayonunda suvarma infrastrukturunun gücləndirilməsi üzrə tədbirlər davam edir
Qazax-Tovuz iqtisadi rayonu üzrə buğda istehsalının artırılması əsas prioritetlər sırasında olacaq