“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını təşkil edir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na dair Qazax-Tovuz iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, proqramın əsas məqsədi daxili istehsal potensialının gücləndirilməsi, məhsuldarlığın və əlavə dəyərin artırılması, ixracyönümlü istehsal modelinin genişləndirilməsi və fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının artırılmasıdır.
“Sənəd balıqçılıq və akvakultura istiqamətlərini də əhatə etməklə dəyər zəncirlərinin inkişafına, resurslardan daha səmərəli istifadəyə və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Dövlət Proqramının icrası nəticəsində kənd təsərrüfatında rəqabətqabiliyyətli və yüksək məhsuldarlığa əsaslanan yeni inkişaf mərhələsi formalaşdırılacaq”, - deyə Natiq Əmirov qeyd edib.
Azərbaycan ilə Misir arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri dəyərləndirilib
Qazax-Tovuz iqtisadi rayonunda suvarma infrastrukturunun gücləndirilməsi üzrə tədbirlər davam edir
Qazax-Tovuz iqtisadi rayonu üzrə buğda istehsalının artırılması əsas prioritetlər sırasında olacaq