Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xidmət göstərdiyi ərazilərdə region üzrə ümumilikdə 123 min hektardan artıq suvarılan torpaq sahəsi mövcuddur.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na dair Qazax-Tovuz iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda regionda minlərlə kilometr suvarma şəbəkəsi, hidrotexniki qurğular, subartezian quyuları və nasos stansiyaları fəaliyyət göstərir.
“Cari ildə on minlərlə kənd təsərrüfatı istehsalçısının su təminatı təşkil olunub. 2025-ci il ərzində su təsərrüfatı obyektlərində əsaslı və cari təmir işləri aparılıb, kanallar beton üzlüyə alınıb, subartezian quyuları və nasos stansiyalarında yenilənmə tədbirləri həyata keçirilib. Görülən işlər nəticəsində su itkilərinin azaldılması, suvarma sistemlərinin etibarlılığının artırılması və fermerlərin dayanıqlı su təminatı istiqamətində mühüm nəticələr əldə olunur”, - deyə İlham Bayramov qeyd edib.
Azərbaycan ilə Misir arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri dəyərləndirilib
Qazax-Tovuz iqtisadi rayonu üzrə buğda istehsalının artırılması əsas prioritetlər sırasında olacaq
Natiq Əmirov: Kənd təsərrüfatında rəqabətqabiliyyətli və yüksək məhsuldarlığa əsaslanan yeni inkişaf mərhələsi formalaşdırılacaq