19 iyun 2026 13:11
102

Azərbaycan ilə Misir arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri dəyərləndirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində Misir Ərəb Respublikasının planlaşdırma və iqtisadi inkişaf naziri Ahmed Rostom ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan ilə Misir arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib. Tərəflər ölkələr arasında iqtisadi əməkdaşlıq potensialının daha səmərəli reallaşdırılması imkanlarını, qarşılıqlı fəaliyyəti təşviq edən biznes platformalarının formalaşdırılmasını və işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsini müzakirə ediblər.

Müzakirələr zamanı ticarət, investisiya, sənaye, enerji, turizm və digər istiqamətlərdə işbirliyinin inkişafı üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparılıb.