19 iyun 2026 18:49
102

U-14 və U-17 yeniyetmələr arasında Şimal-Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək

20–21 iyun tarixlərində U-14 və U-17 yeniyetmələr arasında Şimal-Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək.

“İki sahil” xəbər verir ki, Qax Olimpiya İdman Kompleksində keçiriləcək yarışlarda ümumilikdə 184 cüdoçu mübarizə aparacaq. Turnirlərin keçirilməsində əsas məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir.

 U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.