19 iyun 2026 20:27
100

"Nefçi"də daha bir ayrılıq

“Neftçi” futbolçusu Cordan Rezabala ilə yolları ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ekvadorlu yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, ötən ilin yayında transfer olunmuş Rezabala "Neftçi"də 26 rəsmi oyun keçirib.

Xatırladaq ki, "Neftçi" yay fasiləsində Vensan Abubakar, Edvin Kuç, Kristian Kosti və Murad Məmmədovla da vidalaşıb.