Türkiyənin "Fənərbağça" komandası heyətinə yeni futbolçu cəlb edib.
“İki sahil” klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi sabiq oyunçusu Vedat Muriqini yenidən heyətinə cəlb edib.
Kosovo millisinin hücumçusu ilə 3 illik müqavilə imzalanıb.
V.Muriqi daha əvvəl - 2019-2020-ci illərdə "Fənərbağça"da çıxış edib.