19 iyun 2026 23:11
83

Qadın voleybolçularımız İsraili məğlub edib

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasında növbəti görüşünü keçirib.

“İki sahil” xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu komanda İsraillə üz-üzə gəlib.

Şimali Makedoniyanın Strumitsa şəhərində baş tutan görüşdə Azərbaycan millisi 3:0 (25:20, 25:19 25:20) hesablı qələbə qazanıb.

Qeyd edək ki, yığma növbəti matçını sabah İsveçrəyə qarşı keçirəcək.