22 iyun 2026 20:05
87

Vətən sevgisindən şəhidlik zirvəsinə

44 günlük haqq savaşımızda xalqımızın mərd oğulları Vətən torpaqlarının azadlığı uğrunda son damla qanına qədər döyüşüb şanlı qələbə qazandılar. 1993-cü ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olan Asif Arif oğlu Talıblı da müharibə meydanında ölümə meydan oxuyub. 27 yaşında canını Vətənə qurban verməklə qazanılan qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna çevrilərək milyonların ürəyində əbədi olaraq özünə yurd-yuva qurub.

Zəfər tariximizdə özünəməxsus iz qoyan Asif Talıblı orta məktəbdə oxuduğu zaman yağı düşmənin müqəddəs yurd yerimiz Qarabağa ədalətsiz təcavüzü onu rahat buraxmırdı. Doğma Azərbaycanın hər qarışını özünə əziz bilən, torpaq, el-oba yolunda canından keçməyə hazır boya-başa çatan, damarlarında qeyrət qanı axan Asif məktəbi bitirən kimi öz yerini cəbhə bölgəsində görüb. Qəlbi düşmən tapdağında qalan torpaqların azad edilməsi istəyi ilə alışıb-yandığı üçün hər şeyi bir kənara qoyub 2011-ci ilin oktyabrında hərbi xidmətə yollanıb. Evdən çıxanda dedikləri də belə olub:” Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Vətəni qorumaq, bu yolda şəhid olmaq bir övlad kimi hamının şərəfli borcudur.”

Cəbhə bölgəsində əlinə silah alan Asif Talıblı müqəddəs əsgəri borcunu şərəflə yerinə yetirib, Vətənə ləyaqətlə xidmət edib. Cəbhə xəttində dığaların hər hiyləsinin qarşısını almaqdan ötrü həmişə səngərdə ayıq-sayıq dayanıb. Qatıldığı təlimlərdə ən yaxşı döyüş hazırlığına layiq görülüb. Sözün qısası, Asifin əsgərli həyatının hər səhifəsi fədakarlıqla, mərdliklə, eləcə qürur və heyrət doğuran məqamlarla dolu olub.

Asif Talıblı hər an düşməndən qisas almaq arzusu ilə əsgərliyini başa vurub. Qaldı ki, canına yağı dadanmış Vətəninin ağır günündə evdə oturmağı vicdanı qəbul etməyib. Bu qeyrət Asifin qan yaddaşından irəli gəldiyi üçün yenidən orduya dönməyə qərar verib. 2013-cü ildən etibarən Daxili Qoşunlarda xidmətə başlayıb, burada özünümüdafiə və döyüş idman növlərinin gözəl bilməsini nəzərə alınıb, onu Xüsusi Təyinatlı Dəstənin tərkibinə göndəriblər. Çavuş rütbəsində xidmətini yüksək səviyyədə davam edib. Ürəyinin əsas istəyi nəyin bahasına olursa-olsun Qarabağımızı tezliklə mənfur erməni dığaların tapdağından azad etmək olub və mübarizliklə zəfər çalmaqdan ötrü təlimlər zamanı hərbə aid ən ağır sınaqlardan həmişə uğur qazanıb.

Nəhayət ki, hər bir Vətən qeyrətli oğullun düşməndən alacağı öc vaxtı gəlib çatıb. 2020-ci il sentyabrın 27-də erməni faşistlərinin atəşkəs rejimini pozaraq cəbhə boyu mövqelərə hərbi təcavüzü zamanı Azərbaycan ordusunun əks-hücum əməliyyatı nəticəsində əsir düşən müqəddəs Qarabağımız uğrunda şiddətli döyüşlər başlanıb. Bu şərəfli mübarizə yollunda Vətən torpağının hər qarışı uğrunda canından keçməyə hazır olan Asif öndə getməklə ilk gündən dığalara qan qusdurub. Murovdağ, Füzuli, Cəbrayıl istiqamətlərində ağır, ölüm-dirim müharibə meydanında misilsiz şücaət göstərməklə, sözün əsl mənasında tarix yazıb. Məhv etdiyi erməni dığaların sayı bilinməyib. Həmçinin döyüşlər zamanı əlbəyaxa olaraq neçə düşmən hərbiçini yerində gəbərdib. Sinəsini Vətəninə sipər edən igid 12 oktyabra qədər qaynar nöqtələrdə olmaqla torpaq uğrunda can qoyub, mərdliklə döyüşüb düşmənin kabusuna çevrilib. Eləcə hünər göstərərək, ölümün gözünə dik baxa-baxa neçə-neçə döyüşdə yoldaşlarını mühasirədən çıxardıb. Füzuli döyüşləri qəhrəman Asifin ömrünə son qoyub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün dövlət başçısının sərəncamları əsasında Biləsuvarın ölməzliyə qovuşan oğlu "Vətən uğrunda", Cəbrayılın, Kəlbəcərin, Xocavəndin azadlığına görə medalları ilə təltif olunub.

Asif Talıblının ömür yolu çox qısa olsa da, gələcək nəsillər üçün zaman-zaman örnək olacaq bir tarix yazıb qoydu. Bu tarixin əsasını Vətəni necə sevməyi və doğma torpağı necə qorumağı təşkil edir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü