Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Türkmənistan Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Komitəsinin sədri Allaberdi Saparov ilə görüşüb.
Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, görüşdə “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Türkmənistanın Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Komitəsi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” çərçivəsində tərəflər arasında idman sahəsində əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə olunub. Bildirilib ki, əməkdaşlığın genişləndirilməsi məqsədilə işçi qrupunun Bakıya səfərinin təşkili nəzərdə tutulur.
Qonaq daha sonra Bakı Atletika Mərkəzi ilə tanış olub.
Məktəblilərin Respublika İdman Olimpiadasında velosiped yarışlarına yekun vurulub
Fərid Qayıbov Türkmənistan Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Komitəsinin sədri Allaberdi Saparov ilə görüşüb