Mütəxəssislər, tədqiqatçılar, tələbələr, biznes və dövlət qurumlarını vahid platformada bir araya gətirən təşəbbüs yeni nəsil süni intellekt həllərinin yaradılmasına və ekosistemin güclənməsinə xidmət edir
Süni intellekt ekosisteminin inkişafı yalnız texnoloji irəliləyişlə deyil, həm də müxtəlif bilik və təcrübələrin bir araya gətirilməsi ilə mümkün olur. Bu baxımdan mütəxəssislərin, tədqiqatçıların, tələbələrin və digər maraqlı tərəflərin bir platformada birləşdirilməsi mühüm imkanlar yaradır.

Mövzu ilə bağlı Milli Süni İntellekt Mərkəzinin Marketinq Departamentinin rəhbəri Cəmalə Məmmədzadə “İki sahil” qəzetinə açıqlamasında bildirib ki, layihə çərçivəsində müxtəlif təcrübə və baxışlara malik iştirakçıların bir araya gətirilməsi daha geniş əməkdaşlıq mühitinin formalaşmasına şərait yaradacaq.
Onun sözlərinə görə, bu modeldə tədqiqatçıların elmi yanaşması, mütəxəssislərin texniki və praktiki təcrübəsi, tələbələrin innovativ ideyaları, biznes nümayəndələrinin real ehtiyacları, dövlət qurumlarının strateji baxışı və süni intellekt tətbiqçilərinin praktiki təcrübəsi vahid platformada birləşir.
Cəmalə Məmmədzadə qeyd edib ki, bu əməkdaşlıq modeli bilik və təcrübə mübadiləsini sürətləndirəcək, yeni peşəkar əlaqələrin qurulmasına, mentorluq imkanlarının genişlənməsinə və ortaq layihələrin yaranmasına zəmin yaradacaq. O, vurğulayıb ki, akademik mühit, biznes, dövlət və cəmiyyət arasında əlaqələrin güclənməsi real ehtiyacların daha dəqiq müəyyən edilməsinə və elmi ideyaların praktik həllərə çevrilməsinə imkan verəcək.
Onun sözlərinə görə, nəticədə real problemlərə yönəlmiş süni intellekt həllərinin hazırlanması, birgə tədqiqatların həyata keçirilməsi, yerli istedadların inkişafı və innovativ təşəbbüslərin dəstəklənməsi gözlənilir. Uzunmüddətli perspektivdə isə bu yanaşma Azərbaycanda dayanıqlı və əməkdaşlığa açıq süni intellekt ekosisteminin formalaşmasına töhfə verəcək.
Yaqut Ağaşahqızı, “İki sahil”
"AI Community” süni intellekt ekosistemində bilik və təcrübə mübadiləsini gücləndirən çoxşaxəli əməkdaşlıq platforması kimi formalaşır
Cəmalə Məmmədzadə: “Neyron” süni intellekt savadlılığını məktəb yaşından formalaşdırır
Azərbaycan və Türkmənistanı əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlər birləşdirir - TƏHLİL