Azərbaycanda qiymətləndirmə fəaliyyətinin tənzimlənməsi məqsədilə çoxfunksiyalı qiymətləndirici portal yaradılır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, portal qiymətləndiricilərin gördüyü işlərin qeydiyyatı, keyfiyyətə nəzarət, bazarın analitik təhlili və avtomatlaşdırılmış qiymətləndirmə modullarını özündə birləşdirəcək:
"Portal vasitəsilə qiymətləndirmə hesabatlarının beynəlxalq və milli standartlara uyğunluğu yoxlanılacaq. Layihə çərçivəsində böyük məlumat bazasının ("Big Data") formalaşdırılması da nəzərdə tutulur. Analoji platforma nə Avropada, nə də keçmiş SSRİ məkanında fəaliyyət göstərib".
Toxumçuluğun inkişafında sertifikatlaşmanın əhəmiyyəti mövzusunda tədbir keçirilib - FOTO
Vüsal Qasımlı XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda açılış nitqi ilə çıxış edib