Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Bakı və bölgələrdə növbəti əməliyyat keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Əməliyyat zamanı ümumilikdə 46 kiloqram narkotik vasitə və 2087 ədəd psixotrop tərkibli həb dövriyyədən çıxarılıb.Məlumata görə, əməliyyat nəticəsində 37 yaşlı Müzadil Məmmədov, 35 yaşlı Kamran Məmmədov, 40 yaşlı Xanım Qardaşova, 43 yaşlı Rövşən Nəsirov, 42 yaşlı Fərid Nəzərov, 26 yaşlı Orxan Abbasov, 27 yaşlı Eyyub Məmmədov, 43 yaşlı Abdulla Məmmədov və 36 yaşlı Museyib Həsənov saxlanılıb.
Araşdırmalar zamanı həmin şəxslərdən marixuana, heroin, tiryək, həşiş, kokain, 2087 ədəd metadon və ekstazi tərkibli həblər, elektron tərəzilər, həmçinin narkotik satışından əldə edildiyi ehtimal edilən 55 270 manat pul vəsaiti aşkarlanıb.
İlkin araşdırmalara əsasən, saxlanılan şəxslərin xarici narkotacirlərin göstərişi ilə ölkə ərazisində qanunsuz dövriyyə təşkil etdikləri müəyyən edilib.
Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.