27 iyun 2026 16:33
115

Azərbaycan piy və yağ ixracından gəlirini 57 % artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 15,2 milyon ABŞ dolları dəyərində 10 min 285 ton bitki və heyvan mənşəli piy və yağ ixrac edib.

“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal edilən məhsulun dəyəri 57 %, həcmi isə 32 % artıb.

Hesabat dövründə bitki və heyvan mənşəli piylər və yağların ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1 %-ni təşkil edib.

5 ay ərzində Azərbaycan həmçinin 101,2 milyon ABŞ dolları dəyərində 62 min 363 ton bitki və heyvan mənşəli piy və yağ idxal edib.

Bunlar isə, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 34,8 %, həcm baxımından isə 31,8 % çoxdur.

Hesabat dövründə bitki və heyvan mənşəli piylər və yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,4 %-ni təşkil edib.

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.