Lerik rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Lənkəran–Lerik magistral avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, Astara rayon sakini, 1989-cu il təvəllüdlü Elnur İbrahim oğlu Qurbanlının idarə etdiyi "Opel" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı hündürlükdən dərəyə aşıb. Dərəyə yuvarlanan avtomobil ağaca çırpılaraq dayanıb. Qəza nəticəsində sürücü Elnur Qurbanlı, onun həyat yoldaşı, 1995-ci il təvəllüdlü Aidə Mərhəmət qızı Qurbanlı, onların 5 yaşlı övladı və 1989-cu il təvəllüdlü Rəvanə Baba qızı Əliyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
AZƏRTAC
YAP Kürdəmir rayon təşkilatında VIII Qurultayın yekunlarına həsr olunmuş tədbirlər keçirilib
“4Sİ Akademiyası” çərçivəsində 103 idarəetmə kitabı elektron formatda vətəndaşların istifadəsinə verilir
BŞİH: Ağacların kəsilməsində qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib