28 iyun 2026 21:53
86

Babək rayonunda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"VAZ-21015" markalı avtomobillə "NAZ-Lifan" markalı nəqliyyat vasitəsi toqquşub.

Qəzada 2009-cu il təvəllüdlü Abbasov Namiq Qılman oğlu, 2003-cü il təvəllüdlü Hacıyev Elnur Çingiz oğlu və 2010-cu il təvəllüdlü Ələkbərov Amin Təbriz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılaraq müalicəyə cəlb ediliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

"Report"