04–08 avqust 2026-cı il tarixlərində qadın və kişi komandaları arasında çimərlik voleybolu üzrə klublararası ölkə birinciliyi keçiriləcək. “İki sahil” xəbər verir ki, yarışın ilkin mərhələsinin Bakı Su İdmanı Sarayında, medal uğrunda həlledici qarşılaşmaların isə Sea Breeze ərazisində təşkil olunması nəzərdə tutulur. Birincilikdə iştirak etmək istəyən klublar 25 iyul 2026-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər. Turnirin qalibi olacaq klub 2026-cı ildə keçiriləcək çimərlik voleybolu üzrə klublararası CEV Avropa çempionatında ölkəmizi təmsil etmək hüququ qazanacaq.
Yarışın keçirilmə qaydaları, iştirak şərtləri və digər ətraflı məlumatları aşağıda qeyd olunan əlaqə vasitələri ilə əldə etmək mümkündür.