30 iyun 2026 00:11
91

Xameneinin müavini yol qəzasında həlak olub

İranın ali lideri Müctəba Xameneinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrindəki (HDQ) siyasi məsələlər üzrə müavini Məhəmməd Əkbərzadə yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, o, Kirman əyalətində avtomobilin aşması nəticəsində həlak olub.

M. Əkbərzadə tibb müəssisəsinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.