01 iyul 2026 15:29
96

SOCAR-ın idarəsi 84 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

2026-cı ilin yanvar-may aylarında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 84,6 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 99,3 milyon dollar və ya 54 faiz azdır.

“İki sahil” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın iyun sayında bildirilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixrac gəlirləri 183,9 milyon dollar olub.