02 iyul 2026 18:37
107

Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb

Yeni güzəştli əmsallar iri torpaq sahələrinin icarəsini stimullaşdıracaq

Dövlət torpaq sahələrinin icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi nəticəsində bu sahədə müsbət dinamika müşahidə olunur.

Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsinin müdiri Əziz Mirzəyev "İki sahil"in sorğusuna cavabında bildirib ki, Nazirlər Kabinetinin 2026-cı il 8 may tarixli 138 nömrəli qərarı ilə dövlət torpaq sahələrinin illik icarə haqqının hesablanması zamanı güzəştli əmsallar tətbiq olunub.

Onun sözlərinə görə, dəyişikliklər iri həcmli torpaq sahələrinin icarəyə verilməsinin stimullaşdırılmasına, investisiya mühitinin yaxşılaşdırılmasına və sahibkarların maliyyə yükünün azaldılmasına xidmət edir.

Əziz Mirzəyev qeyd edib ki, 2020-ci ildə 789 icarə müqaviləsi üzrə 8,5 milyon manat illik icarə haqqı hesablandığı halda, 2025-ci ildə bu göstərici 12 min 900 müqavilə və 38 milyon manata yüksəlib.

Yaqut Ağaşahqızı, "İki sahil"