09 iyul 2026 00:42
84

Hakan Fidan NATO Ankara Sammiti barədə açıqlama verib

Türkiyənin xarici işlər naziri Hakan Fidan 36-cı NATO Dövlət və Hökumət Başçıları Sammitinin uğurla başa çatdığını bildirib.

İki sahil”in “TRT Haber”ə istinadla verdiyi məlumata görə, o qeyd edib ki, bu tarixi zirvəyə bütün müttəfiqlərin lider səviyyəsində qatılması ölkəyə və Prezidentə (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan – red.) olan etimadın göstəricisidir.

Hakan Fidan rəsmi sosial şəbəkə hesabı vasitəsilə verdiyi bəyanatda 7-8 iyul 2026-cı il tarixlərində Ankarada ev sahibliyi edilən NATO Sammitinin uğurla tamamlandığını vurğulayıb.

Zirvə toplantısının NATO-nun transformasiyası ilə bağlı gərgin müzakirələrin davam etdiyi böhranlı bir dövrdə keçirildiyini diqqətə çatdıran Fidan, aparılan danışıqlarda Avropa-Atlantika təhlükəsizliyinin gündəmindəki mühüm məsələlərin ətraflı şəkildə müzakirə edildiyini bildirib.

Fidan Türkiyənin 22 ildən sonra NATO Sammitinə ev sahibliyi etməsinə şərait yaradan strateji baxışı və güclü liderliyinə görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. O həmçinin zirvənin hazırlıq prosesində sıx əməkdaşlıq etdiyi NATO Baş katibi Mark Rutteyə və müttəfiq ölkələrin xarici işlər nazirlərinə minnətdarlığını bildirib.

"NATO 3.0" vizyonu çərçivəsində daha güclü bir NATO daxilində daha güclü bir Avropanın təməllərinin atıldığını vurğulayan Fidan, NATO Ankara Sammitinin Türkiyə və bütün müttəfiqlərin dinc və təhlükəsiz gələcəyi üçün xeyirli olmasını arzulayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”