09 iyul 2026 08:29
91

Küveyt və Bəhreyn kütləvi hava hücumuna məruz qalıb

Küveytin hava hücumundan müdafiə sistemləri raketlər və pilotsuz uçuş aparatlarından istifadə edərək hücumun qarşısını alıb.

“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, bu barədə Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

Nazirlikdən verilən açıqlamada deyilir: "Küveytin hava hücumlarından müdafiə qüvvələri hazırda düşmənin raket hücumlarına və pilotsuz təyyarə hücumlarına qarşı mübarizə aparır".

Bəhreyndə də hava hücumu xəbərdarlığı elan edilib. Bu barədə krallığın Daxili İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat verib.

Açıqlamada deyilir: "Siren səsi eşidilib. Vətəndaşlar və sakinlər sakit qalmağa və ən yaxın təhlükəsiz yerə getməyə çağırılır".

Qeyd edək ki, daha əvvəl İranın Yaxın Şərqdəki ABŞ hərbi bazalarına kütləvi hücum həyata keçirəcəyi barədə məlumat verilmişdi.