2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi 9,295 milyard manat təşkil edib.
“İki sahil” xəbər verir ki, b barədə Azərbaycan Dövlət Statistika Komitəsinin dərc etdiyi "2026-cı ilin yanvar–iyun aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri" hesabatında bildirilir.
Məlumata əsasən, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz çoxdur.
Bununla yanaşı, hesabat dövründə qeyri-neft-qaz sektoruna yatırılan investisiyalar 5,5 faiz azalaraq 6,132 milyard manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 65,207 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artıb.
"Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda yaradılmış əlavə dəyər hesabat dövründə 0,7 faiz azalaraq 19,610 milyard manat təşkil edib. Qeyri-neft-qaz sektorunda isə əlavə dəyər 1,5 faiz artaraq 45,596 milyard manata çatıb", – deyə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.
Komitənin hesabatına əsasən, cari il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 4,617 milyard ABŞ dolları təşkil edib.
Qurumun məlumatında bildirilib ki, bu göstərici ötən il iyulun 1-i ilə müqayisədə 7,9 faiz azdır.
Bununla yanaşı qeyd olunur ki, 2026-cı il iyulun 1-nə ölkənin strateji valyuta ehtiyatları 85,769 milyard ABŞ dollarına çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz çoxdur.
Prezident Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarına dair sərəncamını dəyişib