10 iyul 2026 21:36
118

Cüdoçuların iştirakı ilə beynəlxalq təlim-məşq toplanışına start verilib

Gürcüstanın Qori şəhərində ölkənin müxtəlif regionlarından seçilmiş cüdoçuların iştirakı ilə beynəlxalq təlim-məşq toplanışına start verilib. İyulun 7-dən 13-dək davam edəcək hazırlıq prosesinə 40 cüdoçu qatılıb.

“İki sahil” xəbər verir ki, toplanışın əsas məqsədi region idmançılarının texniki və taktiki hazırlığını təkmilləşdirmək, həmçinin fiziki hazırlıq səviyyəsini yüksəltməkdir. Təlimlər beynəlxalq məşq mühitində keçirilir və idmançılar üçün təcrübə mübadiləsi baxımından geniş imkanlar yaradır.

Beynəlxalq təlim-məşq toplanışında Azərbaycanla yanaşı, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Belçika və Xorvatiyadan olan cüdoçular da iştirak edirlər.