13 iyul 2026 12:38
95

Vakansiyaların sayı az olduqda namizədlərlə bağlı hansı qərar verilir?

Boş ştat yerlərindən artıq namizəd olduqda ehtiyat kadr siyahısı formalaşdırılır

Dövlət icra məmuru vəzifəsinə qəbul prosesində namizədlərin sayı mövcud vakansiyalardan çox ola bilər. Bu halda tətbiq olunan prosedur və namizədlərin sonrakı statusu qanunvericiliklə tənzimlənir.

Ədliyyə Nazirliyinin Mətbuat Xidməti "İki sahil"in sorğusuna cavab olaraq bununla bağlı qaydaları açıqlayıb.

Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, icbari təlimi uğurla başa vuran namizədlərin sayı mövcud boş ştat yerlərinin sayından çox olduqda, qulluğa qəbul edilməyən şəxslər ehtiyat kadr siyahısına daxil edilirlər.

Məlumata əsasən, sonradan dövlət icra məmuru vəzifəsi üzrə vakant yer yarandıqda həmin siyahıda olan namizədlərin təyinatı həyata keçirilir.

Qeyd olunub ki, namizəd ona təklif olunan vakant vəzifədən iki dəfə imtina edərsə, ehtiyat kadr siyahısından çıxarılır.

Yaqut Ağaşahqızı, “İki sahil”