13 iyul 2026 20:05
143

Vətən uğrunda can qoyan Elyar

44 günlük haqq savaşımızda yağıya qan qusdurub  30 yaşında şəhidlik zirvəsinə ucalan  Elyar Elbəyi oğlu  Məmmədov   indi  təkcə bir ailənin yox, bütöv bir xalqın qürur yerinə, iftixar mənbəyinə  çevrilib. Biləsuvarın Ağalıkənd  kəndində boya-başa çatan  bu Vətən sevdalısının   şərəfli ölümü əsl qəhrəmanlıq  məktəbi kimi  tarixə yazılıb. Elyar  millətin kimliyini, mənliyini bir daha dünyaya sübut etmək, eləcə Azərbaycanın parlaq gələcəyi naminə  müharibə meydanında yağıya  qarşı son damla qanınadək  mərdliklə döyüşüb.  Misilsiz fədakarlığa görə milyonların ürəyinə köç etməklə bərabər, həm də dövlət tərəfindən ölümündən sonra  “Vətən uğrunda”, Füzulinin, Cəbrayılın azadlığına görə  medallarına layiq görülüb. Onun mənalı həyat yoluna   nəzər salanda Vətən sevgisinin  hər şeydən uca olduğuna  tam inanırsan. Elyar cismən özü   işıqlı dünyadan getsə də, adı canından artıq sevdiyi Azərbaycanla qoşa çəkilir.

Məktəbi yüksək səviyyədə bitirən Elyar  yurduna dadanmış yağıdan qisas almaq üçün hər şeyi kənara qoyub Vətənə əsgər olub,  övladlıq borcunu  verməyi  ən müqəddəs iş sayıb. Odur ki, ordu sıralarına gedib, cəbhə bölgəsində  əyninə hərbi forması geyinib. Və xidmət etdiyi hərbi hissədə bildirib ki, mən buraya erməni dığaların burnunu əzməyə gəlmişə. Arzum da  Qarabağımızı azad edib evə qələbə ilə dönməkdir.

Bəli, Elyar nümunəvi xidməti ilə əsgərlərin, zabitlərin sevimlisinə çevrilib. Onun  yüksək mədəniyyətinə, əxlaqına, qeyrətinə, mərdliyinə, bacarığına, fəal vətəndaşlıq mövqeyinə  heyran qalıblar. Komandirlərin verdiyi bütün  tapşırıqlarını  qüsursuz, vaxtında yerinə yetirib. Vətən torpaqlarını  göz bəbəyim kimi qorumaqla bərabər, təlimlərdə fəalıq göstərib, silahların  sirlərinə  dərindən yiyələnib və döyüş meydanında yağıya qalib gəlməkdən ötrü daim təcrübəsini , səriştəsini artırıb. Xidməti  zamanı ən çox güvənən, inanan əsgər olaraq ad qoyub.  Həmçinin əsgər   Elyar  müqəddəs yurd yerimiz Qarabağın  azadlığı naminə  birbaşa  səngərə, erməni dığalarına qarşı döyüşə can atıb. Dedikləri də belə olub:” Əgər müharibə başlansa ön sırada mən gedəcəyəm və  son qarşı Vətən torpağının  azad olunacağı  günədək erməni dığalarına qarşı döyüşərəm. İnanıram ki,   düşmən heç vaxt qeyrətli oğulların qarşısında tab gətirə bilməz.  Mütləq  qələbə bizim olacaq”. 

Əsgərlikdən sonra Elyar  Məmmədov bir müddət  el-obada yaxşı işləri, xeyirxah əməllərlə  dərin hörmət, nüfuz qazanıb. Onun gördükləri, etdikləri  çoxu üçün sevinc olub.  Xalqına fayda vermək, insanlara  təmənnasız xidmət etmək onun həyat amalı dönüb. Həmçinin Qarabağın işğalı da Elyarı həmişə  narahat edib.   Ürəyində, qəlbində dolaşan vətənpərvərlik hissi onu cəbhə bölgəsinə çəkib aparıb.  Məhz buna görə də 2020-ci ilin  sentyabrın 27-də erməni işğalçılarının hücumları nəticəsində alovlanan müharibəyə könüllü qatılıb, Füzulinin, Cəbrayılın uğrunda gedən  döyüşlərdə  odlardan, alovlardan keçərək misilsiz şücaət göstərib. Neçə-çeçə ağır  qanlı savaşda  erməniləri  ciddi itkilərə məruz qoyub. 27 oktyabra kimi həmişə öndə olmaqla  qəsbkarlara qarşı cəsarətlə vuruşub.  Qana susamış düşməni  öz qanında boğmaqla  istədiyi qisasını onlardan  ala bilib. Çox təəssüflər olsun ki,  Biləsuvar elinin igid, qorxmaz, qeyrətli oğlu  Elyar  Məmmədov  növbəti döyüşlərdə düşmən atəşinin hədəfinə tuş gəlib. Müdafiəsinə atıldığı Qarabağ torpaqları uğrunda son nəfəsinədək vuruşaraq şəhid olub.   Bununla da Vətənə olan ilahi sevgisini torpağa  axıtdığı  qızıl qani ilə  möhürləyib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü