15 iyul 2026 10:26
96

Bakıda "OPEC+" Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin iclası keçirilir

Bu gün Bakıda "OPEC+" Əməkdaşlıq Xartiyasının (Charter of Cooperation – CoC) Texniki Komitəsinin ilk iclası keçirilir.

“İki sahil” xəbər verir ki, iclasda OPEC-in Baş katibi Heysəm əl-Qaysın rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti iştirak edir.

Azərbaycan tərəfi tədbirdə energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə təmsil olunur.

İclasda OPEC-ə üzv ölkələrin və Əməkdaşlıq Xartiyasında iştirak edən dövlətlərin nümayəndələri bir araya gəlib. Görüşdə dəyişən qlobal enerji mənzərəsi fonunda enerji sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunur.

İclas çərçivəsində Texniki Komitənin sədrinin seçilməsi nəzərdə tutulur.