2026-cı ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 13 388,6 mln. kVt·st olub.
“İki sahil” xəbər verir ki, bu dövrdə İES-lərdə 10 594,9 mln. kVt·st, SES-lərdə 1 891,7 mln. kVt·st, digər mənbələr üzrə isə 902 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 475,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 282,7 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 143,6 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
6 ay ərzində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi istehsalı su elektrik stansiyalarında 31,2 mln. kVt·st, külək elektrik stansiyalarında 454,7 mln. kVt·st artıb. Ümumilikdə SES-lər də daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 463,1 mln. kVt·st artımla 2 793,7 mln. kVt·st təşkil edib.
Yanvar-iyun ayları üzrə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 11 479,5 mln. kVt·st (İES-lərdə 9 568,9 mln. kVt·st, SES-lərdə 1 883,2 mln. kVt·st, GES-lərdə 27,4 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1 895,1 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 241,2 mln. kVt·st, idxalı isə 113,1 mln. kVt·st olub.
Türkiyənin “Limak Group” şirkətinin rəhbərliyi Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti barədə məlumatlandırılıb
Kənd Təsərrüfatı Nazirliyində “John Deere” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib
Son 1 ildə Azərbaycanda sabit genişzoalqlı internetin və mobil internetin sürəti artıb