Qax, Zaqatala və Balakən rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
“İki sahil” xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik məqsədilə avqustun 1-dək Bakı–Balakən istiqamətində hərəkət edən qatarlar yalnız Qax stansiyasınadək hərəkət edəcək. Balakən–Bakı istiqamətində reyslər isə Qax stansiyasından yola düşəcək.
ADY bildirib ki, dəmiryol xəttinin tam bərpası və qatarların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə avqustun 1-dən Bakı–Balakən–Bakı marşrutu üzrə reyslər müvəqqəti dayandırılacaq.
Qeyd olunub ki, bu marşrut üzrə avqustun 1–13-ü tarixləri üçün bilet almış sərnişinlərə biletlərin dəyəri tam həcmdə geri qaytarılacaq.
ADY əlavə edib ki, görülən işlər və qatarların hərəkətinin bərpası ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Türkiyənin “Limak Group” şirkətinin rəhbərliyi Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti barədə məlumatlandırılıb
Kənd Təsərrüfatı Nazirliyində “John Deere” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib
Son 1 ildə Azərbaycanda sabit genişzoalqlı internetin və mobil internetin sürəti artıb