İyulun 17-də Nazirlər Kabinetində əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclas keçirilir.
“İki sahil” xəbər verir ki, iclasda çıxış edən Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin “2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” iyulun 7-də Fərman imzaladığını xatırladıb.
Baş nazir qeyd edib ki, Fərmana əsasən, 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə əhalinin növbəti siyahıyaalınması həmin ilin oktyabrın 1-dən 31-dək keçiriləcək. Fərmanda əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı məsələlərin həllinə dair Nazirlər Kabinetinə bir sıra tapşırıqlar verilib. Bugünkü iclas da həmin Fərmanın icrası ilə bağlı məsələlərə həsr olunub.
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib
"Moody’s": "Bank Respublika" və "AccessBank"ın birləşməsi bankın Azərbaycan bazarındakı mövqeyini gücləndirəcək
2027-ci ilin büdcə siyasətində yeniliklər: vergi borclarına görə güzəştlər, DNF transfertlərinə yeni limit