Bazarlarda etiketsiz satılan bütün məhsullar etiketlənəcək.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əli Nəbiyev qurumun 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, proses əvvəlcə Bakı şəhərindən başlayıb, tədricən region bazarlarını da əhatə edəcək:
"AQTA dövlət hesabına bazarlarda əvvəllər etiketsiz satılan bütün məhsulların etiketlənməsini həyata keçirir. Artıq "Təzə bazar"da məhsulların etiketlənməsi prosesi başlayıb. Yaxın zamanlarda digər bazarları da əhatə edəcək".
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib
"Moody’s": "Bank Respublika" və "AccessBank"ın birləşməsi bankın Azərbaycan bazarındakı mövqeyini gücləndirəcək
2027-ci ilin büdcə siyasətində yeniliklər: vergi borclarına görə güzəştlər, DNF transfertlərinə yeni limit