17 iyul 2026 13:19
70

"Politico": NATO Ukrayna müdafiə nazirinin istefasından təəccüblənib

NATO Ukraynanın müdafiə naziri Mixail Fyodorovun qəfildən vəzifəsindən uzaqlaşdırılmasını gözləmirdi.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "Politico" qəzeti alyansın adının açıqlanmasını istəməyən yüksək rütbəli diplomatına istinadla məlumat yayıb.

NATO rəsmisi keçmiş nazirin qısa müddətdə göstərdiyi performansı belə xarakterizə edib: "Biz onu çox istəyirdik, o, öz işinin öhdəsindən mükəmməl gəlirdi. Şəxsən mən bu istefa qərarını heç gözləmirdim."

Müdafiə idarəsinin rəhbəri Mixail Fyodorovun istefaya göndərilməsi Ukrayna ictimaiyyətində böyük rezonans doğurub. İnternet istifadəçiləri və sosial şəbəkə fəalları ölkənin müdafiə qabiliyyətinə zərbə vurduğu və uğurlu islahatçını uzaqlaşdırdığı üçün Prezident Vladimir Zelenskini kəskin şəkildə tənqid atəşinə tutublar. Rəylərdə bu qərar "siyasi səhv" və "şəxsi ambisiyaların nəticəsi" kimi qiymətləndirilir.