17 iyul 2026 22:22
97

Sandra Oudkirk ABŞ-nin Ukrayna üzrə müvəqqəti işlər vəkili təyin edilib

Sandra Oudkirk ABŞ-ın Ukrayna üzrə yeni müvəqqəti işlər vəkili olub.

“İki sahil” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyinin saytında bildirilib.

S.Oudkirk – ABŞ diplomatik xidmətinin ali korpusunun (Senior Foreign Service) nümayəndəsidir, o, 30 ildən çoxdur ki, dünyanın müxtəlif ölkələrində Birləşmiş Ştatların maraqlarını təmsil edir.

O, 2024-cü ildən ABŞ Müdafiə Nazirliyində çalışıb və orada Corc K. Marşal adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin direktor müavini vəzifəsini tutub.