18 iyul 2026 10:10
86

İran BMT Təhlükəsizlik Şurasını fəaliyyətsizlikdə ittiham edib

İran BMT Təhlükəsizlik Şurasını ABŞ-ın zərbələri fonunda fəaliyyətsizlikdə ittiham edib.

“İki sahil” xəbər verir ki, bu barədə İranın BMT yanında daimi nümayəndəsi Əmir Səid İrəvaninin BMT-nin Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda bildirilib.

Diplomatın sözlərinə görə, Təhlükəsizlik Şurasının fəaliyyətsizliyi səbəbindən ABŞ İrana qarşı "təcavüz aktları və hərbi cinayətlər" törətməyə davam edir, bununla da BMT Nizamnaməsini, beynəlxalq hüququ və beynəlxalq humanitar hüququn normalarını pozur.

İrəvani həmçinin iddia edib ki, ABŞ zərbələri dinc əhaliyə və mülki infrastruktur obyektlərinə, o cümlədən körpülərə və dəmir yollarına endirilir.

Bununla əlaqədar Tehran BMT Təhlükəsizlik Şurasını beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə öhdəliklərini yerinə yetirməyə, ABŞ-ın təcavüzünü dayandırmaq üçün tədbirlər görməyə və Vaşinqtonun məsuliyyətə cəlb olunmasını təmin etməyə bir daha çağırıb.