İyulun 21-də “ALZA Palace” Mənzil-Tikinti Kooperativinin (MTK) üzvlərinin növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“İki sahil” xəbər verir ki, yığıncağın keçirilməsi MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi 100 ünvanında yerləşən inzibati ofisində, saat 11.00-a təyin edilib. Yığıncaqda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.05.2026-cı il tarixli, 348s nömrəli sərəncamının icrası ilə əlaqədar “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ləğv prosesindədir) kooperativin üzvlüyündən çıxarılması və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzvlüyə qəbul edilməsi məsələlərin müzakirə olunması nəzərdə tutulur.
Yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ ilə bağlı materiallarla tanış olmaq üçün MTK-nın səlahiyyətli nümayəndəsi İsgəndərov Yunis Firudin oğluna (050-877-77-78) müraciət oluna bilər.
İclasda iştirak edəcək şəxsin səlahiyyətini və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsi xahiş olunur.
Hesablama Palatası: İqtisadi fəaliyyət üzrə xərclər dövlət büdcəsində ən yüksək paya malik olacaq
Hesablama Palatası büdcədənkənar əməliyyatlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsini zəruri sayır
Hesablama Palatası: Gömrükdən büdcəyə daxilolmalar üzrə 300 milyon manatlıq risk var