Çin bundan sonra da Rusiya ilə strateji tərəfdaşlığın inkişafı yolu ilə getməyə davam edəcək.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə ÇXR-in xarici işlər naziri Van İ bəyan edib.
O vurğulayıb ki, hazırda "qlobal şərait dünyanın haraya doğru getdiyi sualına cavab tələb edir".
"Bizim cavabımız qətidir — sizinlə birlikdə ali səviyyədə əldə olunmuş razılaşmaları rəhbər tutacaq, müstəqil inkişaf yolu, eləcə də hərtərəfli strateji tərəfdaşlıq və qarşılıqlı əlaqə yolu ilə gedəcəyik. Əlaqələrimizin genişləndirilməsi üçün də səylərimizi əsirgəməyəcəyik," — deyə Van İ ŞƏT ölkələrinin xarici işlər nazirlərinin iclası çərçivəsində Rusiya XİN rəhbəri Sergey Lavrovla keçirilən görüşdə bildirib.
Çinli nazir həmçinin Rusiyaya bu ilin sentyabr ayında keçiriləcək parlament seçkilərinin uğurla baş tutmasını arzulayıb.