24 iyul 2026 15:38
111

Qazaxıstan XİN: PUA-ların tankerlərə hücumları ticarət marşrutlarının təhlükəsizliyinə təsir göstərir

Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev respublikanın neft nəqli üçün icarəyə götürdüyü tankerlərə pilotsuz uçuş aparatlarının (PUA) hücum etməsinin ticarət marşrutlarının təhlükəsizliyinə mənfi təsir göstərdiyini bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in mətbuat xidməti Koşerbayevin Çolpon-Atada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasındakı çıxışının yekunlarına dair məlumat yayıb.

"Hərbi müstəviyə keçən geosiyasi qeyri-müəyyənlik ticarət əlaqələrinin dayanıqlığına ən ciddi şəkildə təsir edir. Bu gün təchizat zəncirinin təhlükəsizliyi problemi, o cümlədən Qazaxıstan üçün də daha aktual xarakter alır. Energetika infrastruktura və Qazaxıstanın neft nəqli üçün icarəyə götürdüyü tankerlərə kimliyi məlum olmayan pilotsuz sistemlərin hücumları buna nümunədir. Bu fonda ticarət marşrutlarının təhlükəsizliyinin təmin edilməsi üzrə birgə səylər xüsusi əhəmiyyət kəsb edir," — deyə Koşerbayev bildirib.