24 iyul 2026 18:39
98

NATO PUA müharibəsinə hazırlaşır - "Business Insider"

NATO komandanlığı Ukraynadakı silahlı münaqişəyə oxşar pilotsuz uçuş aparatları (PUA) müharibəsinə hazırlıq işləri aparır.

“İki sahil” xəbər verir ki, bu barədə "Business Insider" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Komandanı, ABŞ Hərbi Hava Qüvvələrinin generalı Aleksus Qrinkeviç alyansın "müasir döyüş əməliyyatlarına" hazır olduğunu bildirib.

"Düşünürəm ki, cavab belədir: biz buna hazırıq," - deyə o, Ukraynadakı silahlı münaqişəyə bənzər ssenari haqqında danışarkən bəyan edib.