Vəsaitlərin mənimsənilməsi işi üzrə beynəlxalq axtarışa verilmiş Ukrayna Futbol Assosiasiyasının sabiq prezidenti Andrey Pavelko Slovakiyada saxlanılıb.
“İki sahil” "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru Ruslan Kravçenko məlumat verib.
Onun sözlərinə görə, A.Pavelko uzun müddət ölkə hüdudlarından kənarda qaldıqdan sonra Bratislavada saxlanılıb:
"O, illərlə Ukrayna ədliyyəsindən gizlənirdi. Lakin beynəlxalq axtarış və xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq öz nəticəsini verdi".
İstintaqın məlumatına görə, Pavelko Futbol Federasiyasının təxminən 295 milyon qrivna (6,6 milyon dollar) vəsaitinin öz nəzarətində olan kommersiya strukturları vasitəsilə çıxarılması sxemini təşkil edib. Bunun üçün yalnız kağız üzərində mövcud olan dəniz məhsullarının, elit çay və qəhvə növlərinin, eləcə də elektrik avadanlıqlarının tədarükü üzrə saxta müqavilələr bağlanıb.
Qeyd olunub ki, bu addımlar nəticəsində Ukrayna Futbol Federasiyasına və onun regional bölmələrinə milyonlarla məbləğdə ziyan dəyib.
Ukraynanın Baş Prokurorunun Ofisi artıq saxlanılan şəxsin ekstradisiyası proseduruna başlayıb.
Xatırladaq ki, 2025-ci ilin sonunda Ukrayna Futbol Assosiasiyasının sabiq rəhbəri Andrey Pavelko rəsmi şəkildə beynəlxalq axtarışa verilmişdi.
Zelenski: Ukrayna PUA-larının uçuş məsafəsini 10 min kilometrə qədər artırmağı planlaşdırır
Kallas: Aİ Rusiya səfirini çağıracaq və bu ölkənin hərbi-sənaye kompleksinə qarşı yeni sanksiyalar təklif edəcək