Ukraynadakı münaqişənin Kiyevin mövqeyi nəzərə alınmaqla "dondurulması" mümkün deyil.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təklifini şərh edərkən deyib.
Peskov qeyd edib ki, Rusiya üçün əsas şərt qarşıya qoyulan məqsədlərə çatmaqdır.
Qeyd edək ki, bir müddət əvvəl Tokayev Rusiya prezidenti Vladimir Putinlə görüşündə Ukraynadakı münaqişənin “dondurulmasını” və "İstanbul formatı”nın bərpa olunmasını təklif etmişdi. Qazaxıstan lideri, həmçinin qeyd etmişdi ki, müxtəlif təkliflərə baxmayaraq, münaqişədə vasitəçi olmaq istəmir.