26 iyul 2026 16:37
106

Vuçiç: Serbiya ÜDM artımına görə gələn il Avropada birinci olacaq

Serbiya bu il iqtisadi artım tempinə görə Avropada ilk üçlükdə, gələn il isə Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna əsasən, birinci yerdə ola bilər.

“İki sahil” xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç "TV Prva" telekanalına müsahibəsində bildirib.

A. Vuçiçin sözlərinə görə, yüksək iqtisadi artım Serbiyaya böyük layihələrə investisiya yatırmaq imkanı verəcək.

O vurğulayıb ki, Serbiya hazırda böyük infrastruktur layihələri həyata keçirir. Prezident Kralyevo, Kruşevats, Çiçevats, Trstenik, Çaçak və Belqrad istiqamətlərində avtomobil yollarının tikintisini misal göstərib və qeyd edib ki, bu layihələr əvvəlki dövrlərdə insanların xəyal belə edə bilməyəcəyi işlərdir.