26 iyul 2026 19:26
82

Qazaxıstanda “Soyuz MS-28” gəmisinin beynəlxalq ekipajı Yerə qayıdıb

Beynəlxalq Kosmik Stansiyada 241 günlük missiyanı başa vuran “Soyuz MS-28” pilotlu kosmik gəmisinin beynəlxalq ekipajı Yerə qayıdıb.

“İki sahil” "Kazinform"a istinadla xəbər verir ki, eniş aparatı Qazaxıstan çöllərində, Jezkazqan şəhərindən 147 kilometr cənub-şərqdə yerə enib.

Yerə “Roskosmos”un kosmonavtları Sergey Kud-Sverçkov və Sergey Mikayev, həmçinin NASA-nın astronavtı Kristofer Uilyams qayıdıblar.

Eniş normal rejimdə həyata keçirilib. Ekipaj üzvlərinin vəziyyətinin yaxşı olduğu bildirilir.

Missiya 2025-ci il noyabrın 27-də “Baykonur” kosmodromundan start götürüb. Ekipaj 241 gün ərzində Yerin ətrafında 3856 dövrə vuraraq 164 milyondan çox kilometr məsafə qət edib.