ABŞ-nin Braziliya məhsullarına yeni tariflər tətbiq etməsi strateji səhvdir.
“İki sahil” xəbər verir ki, bu barədə Braziliya prezidenti Luiz İnasio Lula da Silva "The Washington Post" qəzeti üçün yazdığı məqalədə bildirib.
"Yeni tariflər nəinki ədalətsizdir, həm də strateji səhvdir. Onlar ABŞ iqtisadiyyatına və Braziliya ilə tərəfdaşlığa ziyan vurur. Braziliyanın ABŞ-yə ixracı artıq 1997-ci ildən bəri ən aşağı səviyyəyə düşüb", - o qeyd edib.
Braziliya liderinin sözlərinə görə, 2026-cı ilin birinci yarısında ABŞ ilə ikitərəfli ticarət 2025-ci ilin analoji dövrü ilə müqayisədə 12,8% azalıb. Həmin müddət ərzində Braziliyanın Avropa İttifaqı ilə əmtəə dövriyyəsi 6,1%, Çinlə isə 15,9% artıb.
Lula da Silva hesab edir ki, ortamüddətli perspektivdə tariflər istehsal zəncirlərinin pozulmasına gətirib çıxaracaq, Braziliya şirkətləri isə Amerika təchizatçılarını digər ölkələrdən olan tərəfdaşlarla əvəz etməyə başlayacaq.
Xatırladaq ki, ABŞ administrasiyası iyulun ortalarında Braziliyadan idxal edilən malların böyük hissəsinə 25 faizlik rüsumlar tətbiq edib.