26 iyul 2026 23:08
118

Peruda avtobusların toqquşması zamanı beş nəfər həlak olub

Perunun cənubunda iki avtobusun toqquşması nəticəsində ən azı beş nəfər həlak olub, 16 nəfər yaralanıb.

“İki sahil” "Associated Press"ə istinadən xəbər verir ki, qəza Çili ilə sərhəd yaxınlığında, Takna şəhərindəki Cənubi Panamerika şossesində baş verib.

İlkin ehtimala görə, avtobuslardan biri qarşı hərəkət zolağına çıxaraq yük maşınını ötməyə cəhd edib və digər sərnişin nəqliyyatı vasitəsi ilə toqquşub.

Xəsarət alanların əksəriyyətinin vəziyyəti sabitdir, bir nəfərdə ağır sınıqlar var.

Aidiyyəti qurumlar baş verən hadisənin bütün hallarını müəyyənləşdirir.