Tura çayında baş verən daşqınlar səbəbindən Rusiyanın Tümen vilayətində bəzi sakinlər təxliyə olunublar.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, daşqınların qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirilir.
Sulubasma ehtimalı yüksək olan ərazilər təyin olunub və potensial təhlükələrə tez reaksiya vermək üçün işlər görülür.