Berlin polisi Almaniyanın paytaxtının mərkəzində, Tierqarten parkı yaxınlığında avtomobili insanların üzərinə sürməkdə şübhəli bilinən şəxsin xüsusi əməliyyat zamanı güllələnərək öldürüldüyünü təsdiqləyib.
"Yerli vaxtla saat 18:00 radələrində (Bakı vaxtı ilə 21:00) dünən Böyük Tierqarten ərazisində törədilmiş terror aktında şübhəli bilinən şəxs Şpandau rayonunda yerləşən bağçılıq cəmiyyətinin ərazisində aşkarlanıb. İlkin məlumata görə, o, əlində soyuq silahla əməkdaşlarımıza doğru qaçıb. Bundan sonra Berlin xüsusi təyinatlı polis qüvvələri odlu silahdan istifadə ediblər. Berlin Yanğından Mühafizə Xidmətinin əməkdaşları dərhal reanimasiya tədbirlərinə başlasalar da, kişi hadisə yerində ölüb", – deyə hüquq-mühafizə orqanlarının X sosial şəbəkəsində yaydığı məlumatda bildirilir.
“İki sahil” xəbər verir ki, polis əlavə edib ki, hadisə ilə bağlı araşdırmalar davam etdiriləcək və istintaqın gedişi barədə işi icra edən Almaniya Baş Prokurorluğuna mütəmadi məlumat veriləcək.
Bundan əvvəl Almaniyanın bəzi KİV-ləri də avtomobillə insanların üzərinə sürən hücumda şübhəli bilinən şəxsin öldüyü barədə məlumat yaymışdı.