27 iyul 2026 01:35
89

Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb

Tbilisi meriyası yaxınlığında keçirilən etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Nazirliyin məlumatına görə, saxlanılan şəxslər ictimai yerdə təhqiramiz məzmunlu bannerlər nümayiş etdirib, ictimai asayişi pozub və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstəriblər.

Qeyd olunub ki, həmin şəxslər Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 166-cı (xırda xuliqanlıq) və 173-cü (polisin qanuni tələbinə tabe olmama) maddələri əsasında inzibati qaydada saxlanılıblar.