28 iyul 2026 00:04
90

Fransa seçki zamanı feyk məlumatlara görə cəzanı sərtləşdirəcək

Fransa hökuməti seçkilərin xarici müdaxilədən qorunması haqqında qanun layihəsini təqdim edib. Sənəd xarici təşkilatın maraqları naminə yalan məlumatların yayılmasına görə altı ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

“İki sahil” "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, Senat sənədə oktyabrın 20-də baxmağa başlayacaq.

Seçki kontekstində feyk məlumatlara görə baza cəzası üç il azadlıqdan məhrumetmə və 45 000 avro məbləğində cərimə təşkil edəcək. Belə əməllər xarici qurumun maraqları naminə törədildiyi halda, cəza müddəti altı ilədək artacaq.

Hüquqi tədbirlərlə yanaşı, hökumət orqanları Dövlət Şurası, Hesablama Palatası və Kassasiya Məhkəməsinin nümayəndələrinin daxil olacağı cəmiyyətin məlumatlandırılması üzrə müstəqil komissiya yaradacaq. O, seçiciləri və namizədləri xarici müdaxilə halları barədə xəbərdar etməli olacaq.