28 iyul 2026 18:02
98

Azərbaycanın regional hava limanlarının inkişaf potensialı müzakirə edilib

Azərbaycan Belçika ilə regional hava limanlarının inkişaf potensialını və ölkənin beynəlxalq hava əlaqələrinin daha da genişləndirilməsi istiqamətində görülən işləri müzakirə edib.

“İki sahil” xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev sosial şəbəkələrdəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon arasında görüşdə aparılıb.

"Görüş zamanı AZAL-ın 2027-ci ilin may ayından etibarən Bakı–Brüssel–Bakı marşrutu üzrə birbaşa uçuşlara başlaması, bu marşrutun iki ölkə arasında turizm əlaqələrinin inkişafına verəcəyi töhfə və əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi apardıq. Eyni zamanda, Azərbaycan Hava Yollarının strateji inkişaf istiqamətləri, donanmamızın yeni nəsil hava gəmiləri ilə genişləndirilməsi, marşrut şəbəkəsinin inkişafı, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportuna 40-a yaxın xarici aviaşirkətin cəlb edilməsi nəticəsində sərnişinlər üçün daha geniş seçim imkanlarının yaradılması barədə məlumat verdik", - sədr vurğulayıb.