Finlyandiyanın «Fingrid» energetika şirkəti 2027-ci ildən etibarən Rusiya ilə sərhəddə yerləşən və üzərində lifli-optik rabitə xətləri asılmış elektrik verilişi xətti (EVX) dayaqlarına xidmət göstərilməsini dayandıra biləcəyini bəyan edib.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, fin şirkəti bu barədə artıq Rusiyanın rabitə operatorlarına xəbərdarlıq edib. Şirkətin planlarına kabellərin kəsilməsi və elektrik dayaqlarının sökülməsi daxildir.
Jurnalistlərin sözlərinə görə, 2022-ci ildən Finlyandiyaya elektrik enerjisinin nəqlinin dayandırılması səbəbindən həmin dayaqların yalnız rabitə operatorları üçün saxlanılması və onlara xidmət göstərilməsi həm «Fingrid», həm də Rusiyanın «Rosseti» şirkəti üçün kommersiya baxımından əlverişsiz olub.
Xatırladaq ki, bundan əvvəl Finlyandiya mətbuatı ölkənin stasionar telefon rabitəsindən tamamilə imtina etdiyini də bildirmişdi.